Zəngəzuru almaliyiq
Dəyərli dostlar
Zəngəzur yolu, Zəngəzur dəhlizi, Orta Dəhliz, Tramp yolu, Turan yolu, İpək yolu və.s. adlandirilan siyasət başqa şeydir
Zəngəzur bölgəmizi Ermənistan işğalindan azad edib Azərbaycana birləşdirmək bir başqa şeydir.
Bizə Ermənistanin işğal etdiyi Zəngəzur bölgəmizdən dəhliz yox, Zəngəzurun özü lazimdir.
Biz yol, dəhliz uğrunda yox, torpağimiz, vətənimiz uğrunda mübarizə apaririq.
Zəngəzur Türkiyə ilə Azərbaycani, Naxçivanla Azərbaycani birləşdirən bölgədir. Turk milləti üçün, Türk birliyi üçün həyati önəm daşiyir.
Zəngəzur Guney Azərbaycanla Quzey Azərbaycani birləşdirir, Zəngəzur alinsaydi Türkməncay müqaviləsini ortadan qaldiracaqdiq. Olmadi.
Zəngəzur İran, Türkiyə, Qafqaz Türklərini birləşdirən körpüdür, bağdir, qəlbdir. Körpümüzü ABD və Ermənistan ittifaqi bizdən çaldi.
Biz Zəngəzurun Azərbaycana birləşdirilməsi uğrunda yox, dəhliz uğrunda mübarizəyə başladiğimiz gündən uduzmuşuq.
Qalib dövlətin ritorikasi belə olmamaliydi.
Vətən torpaği uğrunda mübarizə aparmaq əvəzinə, dəhliz uğrunda mübarizəyə başlamişiq, cəlb edilmişik. Bu saçmaluqdir.
Dəhlizə ABD- nin nəzarət etməsi də başqa bir saçmaliqdir.
İ.Əliyev höküməti Qarabaği qazandi, Zəngəzuru uduzdu.
Heç Zəngəzur haqqinda siyasəti başlatmadi belə, ortaya qəti mövqe, aydin fikir qoymadi.
Ümumiyyətlə Zəngəzur məsələsi deyil, dəhliz məsələsi gündəmə gətirilən gündən uduzduq.
Belə saçma siyasət olmaz.
İndi biriləri çixib beynəlxalq hüquqdan danişacaq.
Unutmayin beynəlxalq hüquq deyilən bir mif yoxdur, çoxdan dağilib...
Dostlar dəhliz uğrunda deyil, Zəngəzur uğrunda mübarizəmiz davam etməlidir.
Hökümət nə deyir desin, millətimiz Zəngəzuru Erməni işğalindan azad etmək uğrunda mübarizəsini davam etdirsə, son sözü milli iradə deyəcəkdir.
Millət hökümətə tabe deyil, hökümət millətə tabedir. Millət istəsə qalxar ayağa və hökümətin bütün qərarlarinin üstündən bircə xətt çəkər, qərarlari tanimadiğini bütün dünyaya bildirər.
Dostlar Zəngəzur savaşimiz davam etməlidir, Zəngəzuru Azərbaycana birləşdirməliyik, Ermənistanin SSRİ dövrü torpaqlari və sərhədləri daim mübahisələndirilməlidir.
İ.Əliyev hökuməti bu gün var, sabah yoxdur, keçicidir. Zəngəzur savaşi isə qalicidir, bu millətimizin savaşidir. Türkiyə Qafqaza və Türkustana bağlanmaq məqsədilə mütləq şəkildə Zəngəzura möhtacdir. Türkiyə və Azərbaycan konfederasiyasi Zəngəzur üzərindən mümkün olacaqdir.
Zəngəzur Türkiyə və Azərbaycanin milli təhlükəsizlik məsələsidir.
Dostlar hökümət medyasinin təbliğatina, çiğir bağirina, satqin jurnalistlərin hay- küyünə fikir verməyin.
Zəngəzuru Azərbaycana birləşdirmək, Qərbi Azərbaycana qayitmaq mübarizənizi davam etdirin.
P.S. Qərbi Azərbaycana qayidiş, Qərbi Azərbaycan məsələsinə yönəlik siyasətlərdə də çoxlu yanliş məsələlər var. Onu da gələn dəfə yazacam.
Qərbi Azərbaycanlilar bu istiqamətdə qol ğötürüb oynamaqdan başqa bir iş görmədilər.
Qərbi Azərbaycanlilar Qərbi Azərbaycan uğrunda gerçək mübarizə aparmaq əvəzinə,
seçkilərdə istifadə olunmaq üçün alətə çevrildilər.
30 ildir ki, bu belədir. Heç nə dəyişmədi.
Bu 30 ildə öz içlərində Qərbi Azərbaycan davasini beynəlxalq siyasətdə təmsil edəcək, Ermənistan aparteid siyasətinə qarşi dirənişin simgəsi olacaq bircə sağlam lider, ağsaqqal, ağil, strateji, fikir yetişdirmədilər, yetişdirə bilmədilər. Qərbi Azərbaycan problemi var, Qərbi Azərbaycan davasi yoxdur, davani təmsil edən obraz yoxdur.
Azərbaycanda hələ də insanlar dərk edə bilmir ki, Qərbi Azərbaycan məsələsi, Qərbi Azərbaycan siyasəti YAP-in yox, Azərbaycanin məsələsidir, milli davadir.
Yasəmən Qaraqoyunlu