Yasəmən Qaraqoyunlu

Tarih: 03.03.2026 13:30

Siyasal İslamın son təslimiyyəti...

Facebook Twitter Linked-in

ABD- İngiltərə- İzrail İrana qarşi ortaq hərəkət edir. Qarşiliginda heç bir ittifaq yox. Zamanında  Misir, İran, Türkiyə, Pakistan ittifaqi qurulsa idi, ABD İrana saldirmağa cürət etməzdi. İsrail orta doğuda meydan sulamazdi.
Rusiya, Çin, İran ittifaqindan daha real olani Misir- Türkiyə- Pakistan-İran ittifaqi idi. İslam ittifaqî idi. Olmadi. İslam Konfransi Təşkilatindan səs yox. Ərəb Liqasi da zatən İsrailə yenilmişdir.

İran fars molla rejimini qəbul etmirəm, sevmirəm, dəstəkləmirəm, lakin onu doğuran tarixi dinamikləri anlamağa çalışiram.

Şiyə ideoloğiyası və İran üləmasi Bati kürəsəl imperializminə meydan oxuyan tək güc idi. Şiyə ideologiyasi Fars- İraninin  Bati imperializminə qarşi refleksi idi. Bu refleksin yaradicisi Əli Şəriəti idi.

İranda ABD hərbi bazalari yox idi. Bir ada kimi Bati mərkəzli kürəsəl sistemdən təcrid etmişdi özünü. Müsəlman ölkələrinin çoxu ABD kürəsəl sisteminə yenilmişdir, ABD hərbi bazalarinin meydanina,  yerləşdiyi bölgələrə çevrilmişdir. İslam dünyasi Bati imperializminin sömürü dünyasıdır.

İslam sivilizasiyasi XVII əsrdən etibarən  kürəsəl Bati imperializminə qarşi alternativ paradiqmalar ürətə bilmədi və tək- tək, ölkə ölkə  Bati sisteminə yenildi. İslam dünyasi aydinlarindan yenildi. Son yüz ildə Yalniz tək- tək din adamlari, üləmalar bu sistemə qarşi səs çixartdilar ki, onlari da elə öz xalqlari, öz ölkələri yox etdi.

İran üləması Qacar dövründən etibarən Bati sömurgəçiliyinə qarşi mübarizə aparırdi. Əlbəttə içlərində İngilis ajanlari, mason lojalarina xidmət edən üləmalar da az deyildi.

İran aydinlari da Bati imperializminə qarşi xalqi oyatmağa çalişmişdir. Onların içində Əli Şəriəti xüsusi yer tutur.

Bu arada Edvard Said ile İslam inqilabinin ideoloqu  Eli Şəriətinin misyonu, yaradiciliği, hədəfi necə də üst- üstə düşür. Edvard Said, Əli Şəriəti, Məhəmməd İqbal, Cəmil Meruc, Əhməd Davudoğlu- Bati imperializmini taniyan, Bati imperializminə alternativ paradiqmalar, stratejilər, düşüncələr ürətən  sayği duyduğum düşuncə adamlarıdir. Bütün doğu sivilizasiyaları- özəlliklə də Türk- İslam sivilizasiyasi Bati imperializminə, Bati mədəniyyətinə təslim olsalar da, bu düşünürlər ruhən təslim olmadilar, yenilmədilər...

Doğuda Batının dili ilə danışanlar Batı imperializminin sözçüləridir. 
Bati imperializminə təslim olmuş, öz toplumu ilə Batinin dilindən danışan düşünürü, siyasət fəlsəfələrini, siyasi lideri,  dünyagörüşü, siyasi partiyalari və aydinlari əsla qəbullanmaram. Sayği duymaram. Biz, İslam dünyasi aydinlari 300  ildir dünyaya Batinin gözü ilə baxirıq və Batinin sözçüsünə çevrilmişik.
Yenilgimiz məhz buradan başlanir. Öz mədəniyyətini aşagilamaq, xor görmək, Bati mədəniyyətinə heyran olmaq bizim ruhən, mənən yenilgimiz idi,  sivilizasiya yenilgimiz idi.

İran -ABD savaşi sadəcə Şiyə- molla və ABD savasi deyildir. Bu savaşin öz hədəfi, öz fəlsəfəsi var. Orta doğuda İsrailin qarşisina dikilib ona meydan oxuyan heç bir islaimi dövlət qalmamalidir. Nildən Fərata qədər  İsrail, Xəzər- Kəngər körfəzi - Ağ dəniz arasinda Kürdüstan  projesinin reallaşmasi, orta doğunu islam mədəniyyət arealindan çixarib yəhudi- xristian arealina çevrilməsi savaşidir bu. İslamin 4 ölkəsi öz varliği ilə İzrail mərkəzli orta doğu projesine mane olur. Misir, Türkiyə, İran, Pakistan.

İran bu savaşda yeniləcəksə, sadəcə Farslar, Fars molla höküməti, İran dövləti, İran ölkəsi yenilməyəcəkdir, Şiyənin Bati imperializmine qarşi refleksi yeniləcəkdir, İranin yenilgisi  İslamin son təslimiyyəti olacaqdir...

İslam dünyasi Bati imperializminə sadəcə ölkə, dövlət kimi təslim olmamışdir, düşüncə, fəlsəfə, ruh, mədəniyyət, metafizik anlamda təslim olmuşdur. Xalq qati kurallari, ölçüləri olan İslam həyat tərzindən qaçib kuralsiz, azad Bati dünyasina siğinmışdır, qovuşmüşdur. Mədəniyyət ölmüşdür.

İsrail mərkəzli orta doğu projesi - Türkləri orta doguda görməməyi, orta doğudan sürməyi planlamışdır. Asil olan odur ki, Xristian- Yəhudi ittifaqina qarşi Türklər hansi ittifaqi qura biləcəklər, hansi paradiqmalarla çixiş edəcəklər, alternativmi yaradacaqlar, yoxsa yəhudi- xristian orta doğusuna inteqrasiyami olacaqlar.

Neçə illər öncə bir məqalə yazmışdim. Qüdsdən sonra İstanbul gəlir. Yəni ki, Qüds İngilis- Yəhudi kürəsəl  sisteminin əlinə keçdisə, İslam dünyasindan qoparıldısa, İstanbul da keçəcək, Tehran da, Baki da...

O üzdən yazdim. Qazzə, Fələstin problemi bir Ərəb problemi deyildir, ilk öncə bir Türk problemidir. Çünki bu torpaqlar Osmanli torpaqlari idi və Fələstində İzrail dövlətinin qurulmasi üçün Osmanlınin dağidilmasi bir şərt idi. Eyni zamanda, günümuzdə Qazzə Fələstinlilərdən təmizlənib İzrailin əlinə keçəcəksə, İzrail Ağ dənizə çixan bir dövlət olacaqdir. İzrail Ağ dənizdə Türkiyəni və Misiri məhdudlaşdiran, Ağ dənizdə heğemon olan bir güc olacaqdır.

İslam (sünni-şiyə) mərkəzli orta doğu bitirilir, İzrail mərkəzli - yəhudi, xristian, zərdüşti, yezidi orta doğusu yaradilir. Bu savaş o savaşdir. İzrail mərkəzli orta doğu savaşidir.

İran şiyə rejimi savaşda əlbəttə yeniləcəkdir, lakin İran sorunu bitməyəcəkdir. Məqsəd ancaq rejimi dəyişdirmək deyil, Suriyada, İraqda olduğu kimi İranda da 12- 15 il bəlkə də 50 il davam edəcək xaos ürətmək və bu xaosun içində milyonlarla insanin soyqirima uğradilmasi, sürgünlər, köçlər, acliq, istikrarsizliq ürətmək, İran deyilən yerdən, ölkədən əsər əlamət qoymamaqdir. Bu xaos ortaminda farslar da, türklər də, bəlluclar da, kürdlər, ərəblər də böyük qurbanlar verəcəklər. ABD- nin hədəfi hansisa milləti, etnosu, xalqi, siyasi qrupu molla rejimindən  xilas etmək deyil, coğrafiyani, tarixini, mədəniyyətini silmək, yox etməkdir...

İran adlanan coğrafiyada  mədəniyyəti babalarim, dədələrim, millətim yaratmış, qurmuşdur.  Hər qarışinda Türk qanı axmışdır. Hər qarışinda Türk izi var. Sünni də mənəm, şiyə də mənəm, İslam da mənəm, Doğu da mənəm!

İran Persiya deyildir. Persle özdeşleştirile bilmez. İrani Persiya kimi alqilayan və dünyaya bazarlayan Batı imperializmidir.

Bizim qurtuluşumuz hardadır?
1. Coğrafiyamıza, bölgəmizə ABD- İzrail perspektivindən baxmamaq.2.  Bati mərkəzli dünya qavramindan imtina etmək. Bati sisteminin  kürəsəl hegemonluğunun qarşisini almaq. 
3. Bati (Rus) imperializminin işləyişinə xidmət etməmək. Bati yayılmaçilığinin qarşisinı kəsmək. 1948- dən etibarən Xaçli savaşlari İudaizmlə müttəfiq olub bərabər hərəkət edirlər. Bunun adi Yəhudi- Xristian ittifaqidir. Osmanlini da bu ittifaq yıxdi. Osmanlini dağıtdılar, Ərəb cografiyasini-İngilislər, Fransizlar paylaşdilar, İngilislər Fələstində İzrail dövləti qurmaq qərari verdi. Yəni ki, İzrail dövləti  İngiltərənin əsəridir.

Millətim Türk, dinim İslam,  sivilizasiyam  Türk- İslam sivilizasiyasidir. Bu sivilizasiyaya silah tuşlayanlar düşmənimdir!


Orjinal Köşe Yazısına Git
— KÖŞE YAZISI SONU —