
Etibar kitabda Polad Həşimov haqqında geniş məlumat, "General Gəlir" və "Əfsanə General" poemalarına yer vermişdir. Generalımızın anası Səmayə ana Etibara dərin təşəkkür və minnətdarlığını bildirmişdir.

Ziyarət haqqında video çarx Etibar Salmanov YouTube.Com kanalına yüklənmisdir. Etibar "Zəfərlərə Doğru" kitabını Polad Həşimov adına Sumqayıt şəhər 28 saylı tam orta məktəbdəki Polad Həşimov muzeyinə də hədiyyə etmişdir və səmimi qəbula görə məktəbin direktoru Arslan müəllimə təşəkkürünü bildirmişdir. Arslan müəllim də dəyərli hədiyyəyə görə Etibara təşəkkürünü bildirmişdir.
