Köşe Yazarları

Köşe Yazarları Haberleri

Yenə Tək Qaldım

Yenə Tək Qaldım

Əyləncə etmisən ömrümü, Allah,  
Demək qədərimdir, yenə tək qaldım.  
Nə desəm də boşdur, vallah,  
Səbəbi dərindir, yenə tək qaldım.  

₼₼₼₼₼

Dünyanın günahından qaçıram,  
Vicdanım istəmir onu incidim.  
Bu yaşımda yenə xəstə yatıram,  
Neynirəm, dünyanın varın, dövlətin.

₼₼₼₼₼

Etməyib ürəyim, dosta xəyanət,  
Amma dost dediyim zindanım olub.  
Əmanət etdiyin, verdiyin qismət,  
Namərdin əllərində o əsir olub.

₼₼₼₼₼

Elə incimişəm, Səndən inan ki,  
Şikayət etməyə dilim söz tutmur.  
Hər gün Səni deyib çağıran ürək,  
Sel olur göz yaşım, onu qurutmur.

₼₼₼₼₼

Canda can qalmadı, getdi taqətim,  
Heç nəyə qalmayıb, qalmayıb ümüd.
Yadından çıxmışam olan söhbətin,  
Mənsiz məzarıma göz yaşın səpib.

₼₼₼₼₼

Bu eşqin qurbanıyıq biz,  
Günahsız, günahkar bizik ikimiz.  
Kaş ki, qəmsiz səmalarda uçaydıq,  
Dağılıb gedəydi bütün dərdimiz.

₼₼₼₼₼

Öl desən ölərdim, sənsə get dedin,  
Dünyanı başıma, başıma yıxdın.
Fələyin gözündən çalıb eynəyin,  
Kor olan qəlbinə, qəlbinə taxdın...

Şəfəq Şərqiyyə Lətifli



Haber Editörü

TÜLAY DİKMEN İLE CUMA KÖŞESİ

admin@tum1haber.com
Anahtar Kelimeler: Qaldım
Yorumlar (0)

GÜNDEM

Haberi Sesli Oku