20-30 may tarixlərində Azərbaycan Respublikasının İstanbul şəhərindəki Baş Konsulluğunun binasında Türkiyə Respublikasının İstanbul şəhərində qeyri-qanuni yaşayan vətəndaşların qəbulu keçiriləcəkdir.
Qəbul zamanı pasport, vətəndaşlıq vəziyyəti aktlarının qeydi ilə bağlı şəhadətnamələrin (doğum haqqında şəhadətnamə, nikah haqqında şəhadətnamə və s.) verilməsi və digər konsulluq əməliyyatlarının həyata keçirilməsi nəzərdə tutulur.
Pasportların rəsmiləşdirilməsi üçün aşağıdakı sənədlər təqdim edilməlidir:
Vətəndaşlıq mənsubiyyətinin müəyyən olunması üçün aşağıdakı sənədlər təqdim edilməlidir:
QEYD: Sənədləri olmayan şəxslərlə bağlı valideynlik hüquqlarının müəyyənləşdirilməsi məqsədilə yerində DNT analizlərinin həyata keçirilməsi nəzərdə tutulmuşdur.
Nikahın bağlanması üçün aşağıdakı sənədlər təqdim edilməlidir:
Doğum haqqında şəhadətnamənin rəsmiləşdirilməsi üçün tələb olunan sənədlər:
Fərdi İdentifikasiya Nömrələrinin (FİN) alınması üçün aşağıdakı sənədlər təqdim edilməlidir:
Qəbul vaxtları:
Şənbə və bazar günləri: 10.00-18.00
İş günləri: 16.00-19.00
Əlaqə: +90 850 800 0515