Gözlərin dəniz kimi, çəkib alır fikrimi,
Ləpələrin səsindən eşidilmir öz səsim.
Baxışların sükutun alışan çırağıdır,
Mənzərəsin itirən dağlar kimidir qəlbim.
Sirli gecələrin ulduzu ayı olmur,
Xatirələr daşıyır gecələrin sirrini.
Səssiz külək kimisən, yerin dolmur,
Tapmıram bir kimsəni, doldursun boş yerini.
Alışır ürəyim, sevdası yaxır məni,
Nəfəsin mənimlədir, alovu sətir sətir.
Adını pozanda xəyalların kölgəsi,
Bəlalı sevdamda yox olur, gözümdən itir.
Şəfəq Şərqiyyə Lətifli