Köşe Yazarları

Köşe Yazarları Haberleri

Qərbi Azərbaycan Türklərinə müraciətim.

Qərbi Azərbaycan Türklərinə müraciətim.

Türkləri Qızıl Qurşaqdan vurdular.

Qərbi Azərbaycanlılar deməyək-Türk deyək. Qərbi Azərbaycan Türkləri deyək. Bizim Türklüyümüzü coğrafiya adına qurban verməyin. Biz türkük. Azərbaycanın qərbindən (Ermənistandan) başlayıb Gürcüstan üzərindən keçərək ta Qars, İğdıra qədər uzanan, Türkiyə türklərinə qovuşan türklər deyin. 18-19 əsrlərdə buralarda nə Ermənistan var  idi, nə də Gürcüstan. Azərbaycanı həm  Osmanlı ilə həm də Qacar türk imperatorluğu ilə bağlayan, birləşdirən İrəvan Xanlığı bir Türk arealı idi. Türk idi.  Güney Azərbaycanı, Quzey Azərbaycanı, Türkiyəni bağlayan körpü, qızıl qurşaq idi. Farslaşmamışdı, ərəbləşməmişdi. Türklüyünü qorumuşdu. Bizi Türklüyün Qızıl qurşağından vurdular, böldülər, parçaladılar və bu torpaqlardan təmizlədilər, sürgün etdilər.

Bir daha altını çizərək yazıram. Anadolu (Türkiyə), İran(Türkeli), Qafqaz(Azərbaycan-Türkeli) Türklərini  Qızıl Qurşaqdan vurdular.

Rusiya bu türk zolağını parça- parça etdi. Üzərində Ermənistan, Gürcüstan dövlətləri yaratdı. Ermənistan türkləri, Gürcüstan türkləri deyimləri yarandı. Zamanla, türk sözünü unutdurmaq, bu coğrafiyalardan silmək üçün Stalin dövründə Ermənistan Azərbaycanlıları, Gürcüstan Azərbaycanlıları deyildi, bu gün də bu təkrar olunmaqdadır.  Bizə Ermənistanlılar, Gürcüstanlılar dedilər, oysa ki biz-Ermənistan türkləri də Gürcüstan türkləri də eyni türklərik, bizim aramızda heç bir fərq yoxdur. 
Bizə türk deyin! Qərbi Azərbaycanlılar, Gürcüstan Azərbaycanlıları deyib Türklüyümüzü gizletmeyin. Türkləri Azərbaycanlı-Gürcüstanlı-Ermənistanlı kimliklərində əritməyin, bölməyin, yox etməyin, gizlətməyin. 
Bu coğrafiyaların sahibləri Türklərdir. Türk adını yaddaşlardan silməyin. Etməyin! Biz Türk doğulduq, Türk yaradıldıq.  Mən öncə Türkəm, sonra Azərbaycanlıyam. ( Kərkükdə, Hələbdə, Urumçidə, Kazanda, Fərqanədə, Əhvazda,  Türkiyədə, Tehranda, Xorasanda doğulmuş türkdən heç bir fərqim, ayrıcalığım yoxdur. Milliyyətim Türk, dilim türkdür,  Azərbaycanın qərb torpaqlarında doğulmuşam).

Orta Asiya cümhuriyyətləri deməyin. Türk cümhuriyyətləri deyin, Türküstan cümhuriyyətləri deyin. Orta Asiya deyimini Stalin yaratdı ki, Türk sözü, Türküstan sözü dillərdən, qulaqlardan, yaddaşlardan silinsin.

Türk deməmək bu coğrafiyada Qərbi-İngiltərəni, Fransanı, Amerikanı, Çini, Rusiyanı, Fars-İranını gücləndirmək deməkdir. Türk deməmək bu coğrafiyada erməniləri, farsları gücləndirmək deməkdir. Türk deyin. Biz Türkük!!!

Yasəmən Qaraqoyunlu.

P.S. Nigar Ögeday yazır.  "Mən Ermənistanda türk idim, Azərbaycana gəldim Azərbaycanlı adlandırıldım".



Haber Editörü

Dikmen Hakan

hakandikmen30@gmail.com
Yorumlar (0)

GÜNDEM

Haberi Sesli Oku