Köşe Yazarları

Köşe Yazarları Haberleri

...mən qalxım gedim. 24

...mən qalxım gedim. 24

Bələdçi tapmıram ömür yoluma,
Onun ağuşunda, mən axım gedim.
Dəyişən döngələr çatıb sonuma,
Rənginə doyunca, mən  baxım gedim.

Şöləsin görürəm günün gündüzün,
Atəşi oluram görən hər gözün,
Nəğməyə can verən hər şirin sözün,
Ruhunda od kimi mən çaxım gedim.

Dolanır dünyanı dolanır karvan,
Keçilən yolların yadında qalsam,
Xəyal aləmini boynuma sarsam,
Apara bilməsəm mən yaxım gedim.

Qaranlıq içində kölgələr yatıb,
Sədası inanma kimsıyə çatıb,
Fələk məni  çoxdan, aldadıb satıb,
Dərdim görünmədi mən qalxım gedim.

Şəfəq Şərqiyyə Lətifli



Haber Editörü

TÜLAY DİKMEN İLE CUMA KÖŞESİ

admin@tum1haber.com
Yorumlar (0)

GÜNDEM

Haberi Sesli Oku