Hər kəsi özümə yaxınım bildim
Neçə-neçə misal gətirdin dünya,
Vəfadan danışdın, yox olub dedim.
Sözümə arxamda qulp qoya-qoya,
Hər kəsi özümə yaxınım bildim.
*
Kimsəni seçmədim yeri gələndə,
Dostumdur, düşmandır deyib, güləndə,
Gec idi, mən artıq sübut edəndə,
Hər kəsi özümə yaxınım bildim.
*
Bilmədən hər kəslə deyib, gülürdüm,
Aradan nifrəti, qəmi silirdim,
Dərdimi, sərimi yarı bölürdüm,
Hər kəsi özümə yaxınım bildim.
*
Göz yumdum, gizlətdi hamı sirrini,
Kimsələr sormadı heç bir dərdimi,
Boyun bükdüklərim bükdü qəddimi,
Hər kəsi özümə yaxım bildim.
Şəfəq şərqiyyə lətifli