7 avqust 2023-cü ildə İstanbulda qanunsuz həbs olunub Azərbaycana gətirilən UN GSP məzunu, İstanbul Üniversitetinin doktorantı Fazil Qasımov Azərbaycan Respublikası Pentensiar Xidmətin Müalicə Müəssisəsindən dünya elm adamlarına, dünya liderlərinə çağırış etdi.
Qeyri-qanuni həbsimə etiraz olaraq 14 iyun 2024-cü ildən aclıq edirəm. (Bu gün daxil 119 gündür aclıq edirəm). Artıq gücüm tükənir. Təzyiqim, imunitetim düşüb, gözlərim qaralır. Bədənimdə, başımda şiddətli ağrılar yaranıb. Əsa’nın köməyi ilə ayaq üstə dayanıram.
35 yaşlı elm adamının şərlənərək həbsdə ölməsinə biganə qalmamağı Sizlərdən xahiş edirəm.