Etibar Həsənzadə "İlin Uğuru" Awards mükafatına layiq görülmüşdür.

Etibar Həsənzadə

Caspian Events Groupun təşkil etdiyi 2026 - cı ilin yekunlarına həsr olunmuş " İlin Uğuru" layihəsi yüksək səviyyədə təşkil olunaraq uğurla baş tutdu.

Tədbirdə müxtəlif sahələr üzrə öz peşəkar fəaliyyəti, nailiyyətləri və ardıcıl uğurları ilə seçilən şəxslər iştirak etdilər.
Tədbirdə Etibar Həsənzadə də "İlin Uğuru" mükafatına layiq görüldü.
Bu barədə Yazar Etibar Həsənzadə öz rəsmi sosial media hesablarından  məlumat vermişdir.


Bundan başqa Etibar Həsənzadə dəyərli dostları Elşən Gəncəvi bəyə və Tural Ələkbərov bəyə yeni Zəfərlərə Doğru kitabını hədiyyə etmişdi onlarda kitabı çox bəyəndikləri üçün mükafatlandirma gecəsində kitab haqqında geniş məlumat verərək və göstərərək Etibarı təbrik edib yeni yeni yaradıcılıq uğurları arzuladılar.
Qeyd edək ki Layihənin əsas məqsədi öz sahəsində fərqlənən uğurlu insanları bir araya gətirmək, onların təcrübə və baxışlarını paylaşmaq, eyni zamanda iştirakçılar arasında yeni əlaqələrin və əməkdaşlıq körpülərinin formalaşmasına şərait yaratmaq idi.
Tədbirin sonunda öz sahəsində peşəkar fəaliyyəti ilə seçilən iştirakçılara Caspian Events tərəfindən mükafatlar və təşəkkürnamələr təqdim olundu. Bu təltiflər il ərzində göstərilən əməyin, peşəkarlığın və əldə olunan uğurların rəsmi qiymətləndirilməsi kimi dəyərləndirildi.

“İlin Uğuru” layihəsi peşəkar mühitdə dialoqun gücləndirilməsi və ilhamverici uğur hekayələrinin paylaşılması baxımından yadda qalan bir platforma oldu.



Haber Editörü

Dikmen Hakan

hakandikmen30@gmail.com
Yorumlar (0)

GÜNDEM

Haberi Sesli Oku