Vəfasız dünyanı satan adamlar,
Ürəyə dərd verib qana od salar.
Qarşılar gülüşlə, zəhərlə yollar,
Gülüşləri saxta, davranış yalan...
Dost deyib gəlsədə, düşməndi dönüb,
Qəlbinə ilanın zəhərin töküb.
Sözləri bal kimi, əməli çöküb,
Qaranlıq gecədə nur axtarıram.
Dünya bir nağıl tək, sonu bilinməz,
Doğruya zindandır, hiyləgərə bez.
Aşiq könlüm ağlar, dərdi görünməz,
Satqın içində də sirr saxlayıram.
Bu da mənim halım, bu da fəryadım,
Çəkdiyim cəfanın şahidi adım,
Vəfasız dünyada naümid qaldım,
Viranə könlümü olmadı duyan...
Şəfəq Şərqiyyə Lətifli