GENEL

GENEL Haberleri

...bilirsən...

...bilirsən...

Bir ürək daşıyır doğulan insan,

Baş üstə tutduğun hər nəyin varsa,
Bir gün ayaq alta qalıb qırılsa,
Dünyanı əlindən bir nadan alsa,
Ağlını günahkar tutub dayanma.

Ağılın tutursa hər gün əlindən,
Qaldırırsa səni düşdüyün yerdən,
Anlaya bilməsən onun sirrindən,
Ağlını bu qədər faydasız sanma.

Verilib hər kəsə ağıldan bir pay,
Sirrini açsa ağıl sənə taybatay,
Onu anlamasan yıxılar saray,
Ağlın qiymətini sən ucuz sanma.

Bir ürək daşıyır doğulan insan,
Həyatı boyunca onla bir vuran,
Ağılı aldadıb hərdən tor quran,
Kimindir çox günah, bilirsən danma.

Şəfəq Şərqiyyə Lətifli



Haber Editörü

admin

Anahtar Kelimeler: ...bilirsən...
Yorumlar (0)

GÜNDEM

Haberi Sesli Oku