Tarih: 09.02.2026 09:52

Tək sənsən...

Facebook Twitter Linked-in

Durmur yerində dünya, qovub aparır məni,
Dəryalarda gəzirəm, qalmışam köməksiz.
Ayrılmadı yanımdan, görürəm kölgəmi,
Zaman ləpəsində, bu eşq sonsuz dəniz.

Sənlə keçən anların, unutmadım izini,
Ömür sona yetsədə, kəsilsə bu nəfəs,
Qocalıq büksədə iki dizimi,
Sənə eşqim sonsuz, bitmədən ölməz.

Bir an ayrılmadım sənli kölgəmdən,
Mən tək səni sevdim, ona sadiq qaldım.
Sənə yaxın oldum, sənə özündən,
Yazdığım şerimdə hey səni andım.

Nə başqa bir sima, nədə bir xəyal,
Tək bircə həqiqət sənsən dünyamda.
Ulduz sönər, yanaşmaz bizə vüsal,
Tək sənsən yaşayan, mənlə bu canda.

Şəfəq Şərqyyə Lətifli




Orjinal Habere Git
— HABER SONU —