Tarih: 02.03.2023 23:28

Nuri Paşanın (1889 - 2 mart 1949) anım günüdür.

Facebook Twitter Linked-in

Nuri Paşanın (1889 - 2 mart 1949) anım günüdür. Əfkarlıyam. 72 il əvvəl bu günki gün sui-qəsdə qurban getmişdi... 'Bakü Fatihi' deyirlər ona. Ancaq heykəli belə yoxdur Bakıda, adına küçə belə yoxdur. Ermənilər Bakını qan gölünə çevirmişdilər. Ağabəyi (Böyük qardaşı) Enver Paşa Qafqaz İslam Ordusunu qurmasa, Nuri Paşanı da 12 min nəfərlik mehmetçiklə Azərbaycana göndərməsəydi Bakı erməni başkəsənləri ilə bolşevik qaniçənlərinin əlinə keçəcək, on minlərlə azərbaycanlı qanlarına qəltan ediləcəkdilər. *** Bir əziz adam yazdı ki, niyə əfkarlısan. Səbəbini dedim. Yazdı ki, niyə qüssə edirsən, dünyanı tutmayacaqdı ki, Nuri Paşa. Yazdım ki, tutacaqdı, ölməyəcəkdi. Necə ki, mənim üçün ölməyib. Bu gün də sağdır mənim üçün... *** Qardaşı Enver Paşanın nəvəsi Osman Mayatepek qonşum idi Ankarada. Dostlaşmışdıq, təəssüf ki, erkən vida etdi bu dünyaya. Bu anlamlı gündə Enver Paşa, Nuri Paşa, əmiləri Halil Paşa (Kut'ül Amare Zaferinin fatihi) və Osman Bəyə Allahdan rəhmət diləyirəm! Tarixə sığmayandırlar hər biri… *** 28 yaşı vardı Nuri Paşanın Bakıya hərəkət etdiyində, haraya, nə üçün, nəyin və kimin uğruna savaşa girdiyinin fərqində idi. Türklük, Azərbaycan eşqi üçün onun qədər sidqi-ürəklə çarpışan bir Türk komandanını xalqımız əsla unutmayacaq, yaşadacaq və yaşatdıracaq... Ruhu şad olsun, Türk milləti var olsun!


Orjinal Habere Git
— HABER SONU —