Tarih: 06.09.2024 15:48

Gözümün önündə ...

Facebook Twitter Linked-in

Sevdiyim kimsələr görünməyəndə,
Gözümün önündə, qırışır dünyam,
İxtiyar yaşımda sevilməyəndə,
Fələyin oduna qarışır dünyam.

Kim kimdir bilinmir, zaman tələsir,
Hicran dağa dönür,  önümü kəsir, 
Zalımlar içində ürəyim əsir, 
Gözümün önündə qırışır dünyam.

İki qoç döyüşün o xatırladır,
Kim kimi vurdusa vüsala çatır,
Üstün gəzən indi, altında yatır?,
Gözümün önündə qırışır dünyam.

Doyursan hər şeydən, yanan ocaqdan,
Bezirsən gəzdiyin isti qucaqdan,
Atanda üstündən gəzdiyim at da,
Gözümün önündə qırışır dünyam.

Bədəli nədisə ruhum ödəyir,
Gözüm gördükləri qəlbimə dəyir,
Köksümdə gizlənir bilmədiyim sirr,
Gözümün önündə qırışır dünyam.

Məni şahid tutur dünya özünə,
Tuta bilmədiyi neçə sözünə,
Sel kimi yaş tökən ağlar gözünə,
Gözümün önündə qırışır dünyam.

Şəfəq Şərqiyyə Lətifli




Orjinal Habere Git
— HABER SONU —