Tarih: 15.12.2025 21:34

Etibar Həsənzadə 'Zəfərlərə Doğru' kitabını Paşa Qəlbinura hədiyyə etdi.

Facebook Twitter Linked-in

E.Həsəzadə  Zəfərlərə Doğru kitabını oftalmoloq, şair, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Ümumittifaq komsomol mükafatı laureatı, Tibb Elmləri  doktoru, professor, Amerika Oftalmologiya Akademiyasının həqiqi üzvü,


Rusiya Tibb Elmləri Akademiyasının fəxri doktoru, Dünya Türk Cümhuriyyətləri Oftalmoloji Birliyinin, Dünya Azərbaycanlıları Konqresinin həmsədri Paşa Qəlbinura hədiyyə etdi. 
  Paşa müəllimin Etibar Həsənzadəyə xoş sözləri: 
 'Mən Etibar Həsənzadənin Yeni bir ədəbi uğurunu - 'Zəfərlərə Doğru' kitabını böyük məmnuniyyətlə oxudum.
Onun əvvəlki kitablarına da mən rəy vermişdim, birinə ön söz yazmışdım. Bu illər ərzində onun yaradıcılıq anlamında boy artımını izlədikcə çox xoş hisslər keçirdim. 
 Onun mərhum dayısı, şərq müdriki, çox böyük din alimi Əli Əkbər Həsənzadənin ruhu şad olsun. O, böyük bir  istedadlı nəslin, istedadlı şəcərəsindən biridir.
 Etibar bəyə uğurlar arzulayıram. Arzu edirəm ki,onun yaradıcılıq imkanları daha da genişlənsin. O, özü zəhməti sevən, zəhmətə qatlasmagi sevən qeyrətli bir oğuldur. Bu qeyrət yolunda, yaradıcılıq yolunda ona bir daha uğurlar arzu edirəm.




Orjinal Habere Git
— HABER SONU —