Tarih: 29.09.2025 15:24

Elə et...

Facebook Twitter Linked-in

Yer üzün gəzmişəm, könlüm açılmır,
Göylərdən ümüdüm kəsilib durub.
Xəyalım  küsübdür yanımda qalmır,
Vaxtında  çox şey,i o mədət  umub.

Yarım yollar kimi fikrim qarışıq,
Saya gəlmir sayım  hesabım çaşıb.
Yüklənib durmuşam,  görünmür işıq, 
Səbrim məhvərini o çoxdan aşıb.

Rəhm elə, kömək et məni Yaradan,
Kömək et adlayıb, keçim körpüdən. 
İmtahan dünyasın, təməlin qoyan,
Günahkar bəndənəm, vaz keçmə məndən.

Buraxma başına,  yolumu azıb,
Günahı çoxaldım, mənasız yerə. 
İlahi, kömək et, nə etdim yazıb,
Çətin ki, mələklər səhvləri silə..

Qoca dünyamızın Sənsən isməti,
Sənsiz bir məkanda buraxma məni.
Elə et, elə yaz mənə qisməti,
Unuda bilməyim, bir an belə Səni.

Şəfəq Şərqiyyə Lətifli




Orjinal Habere Git
— HABER SONU —