Timsahın göz yaşı, olub bənzərin,
Aldada bilməz məni o bir daha.
Yalandan islanmış kipriklərin,
Bənzəyir sədəflə bürünmüş aha.
Bilirəm, damcılar saxtadır, baxdıq,
İçində nə rəhm var, nə də bir duyğu.
Sənin bu maskalı kədərin artıq,
Mənimçün olubdur bir köhnə yuxu.
Acımaz ürəyin ölsəm önündə,
Çevrilib baxmazsan qalsam yan üstə.
O daşdan yonulmuş soyuq köksündə,
Vicdanın boğulub, rəhm min kərə.
Ağlama, israfdır o yaşlar sənə,
Onsuz da ürəyin bir buz parçası.
Acımamağı öyrətdin mənə:
İndi növbə məndə, yer yox qaçası.
Şəfəq Şərqyyə Lətifli